Ötən mövsüm ulduz futbolçu Samuel Etonu heyətinə qatan "Antalyaspor" daha bir ulduz futbolçu ilə razılığa gəlib. FutbolPlanet.Az xəbər verir ki, söhbət Ronaldinyodan gedir. Artıq növbəti mövsüm üçün transfer görüşlərinə başlayan Antalya təmsilçisi dünən braziliyalı oyunçuya rəsmi təklif göndərib. Türkiyə mətbuatının yaydığı xəbərə görə, tərəflər arasında ilkin razılıq əldə olunub və "sambaçı" ilə 1+1 illik müqavilə bağlanacaq. Müqavilənin gələn ay imzalanacağı gözlənilir.