Futbol üzrə Asiya Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları start götürüb. FutbolPlanet.Az xəbər verir ki, bu mərhələyə lider kimi vəsiqə qazanan Cənubi Azərbaycanın "Traktor Sazi" klubu dünən səfərdə Birləşmiş Ərəb Əmirliklərinin "Əl Nasr" klubu ilə görüşüb. Təəssüf ki, 5 qolun vurulduğu qarşılaşmada meydan sahibləri qələbəyə sevinib - 4:1.

Bu komandalar arasında cavab oyunu bir həftə sonra Təbrizdə baş tutacaq.