Topaz Premyer Liqasının sonuncu turunda doğma meydanda “Qəbələ”ni qəbul edəcək “Kəpəz” bu oyunun hazırlıqlarına başlayıb. FutbolPlanet.Az xəbər verir ki, ilk növbədə bərpaedici məşqlə kifayətlənən komanda dünəndən meydançada çalışıb. Bakıda olan “sarı-göylər” paytaxt hazırlığını bu gün başa vuraraq, sabah Gəncəyə gedəcək. Həmin gün komandanın məşqi matçın keçiriləcəyi arenada saat 18:00-da start götürəcək. Bütün ev oyunlarından öncə olduğu kimi, mövsümün son məşqi də mətbuat və azarkeşlər üçün açıq olacaq.