Futbol üzrə Azərbaycan I Divizionunun 2015/2016-cı illər mövsümündə gümüş və bürünc medalların sahibləri mükafatlandırılıb. FutbolPlanet.Az xəbər verir ki, dünən AFFA-nın inzibati binasında keçirilən tədbirdə “Qaradağ Lökbatan” gümüş, “Ağsu” isə bürünc medallarına qovuşub. Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev təqdim edərək, komandalara və futbolçulara öz arzularını bildirib. Tədbirdə Divizionun cari mövsümünün bombardiri Röyal Nəcəfov da (24 qol, MOİK) öz mükafatına qovuşub.