"Fənərbağça" ciddi itkiyə məruz qalıb. FutbolPlanet.Az xəbər verir ki, İstanbul klubunun qapıçısı Volkan Demirelin belində ağrılar olduğundan, o, bu gün əməliyyat olunacaq. Məhz bu üzdən təcrübəli qolkiper ən azı 2 ay yaşıl meydanlardan uzaq qalacaq. Bu isə o deməkdir ki, 35 yaşlı əlcək sahibi Türkiyə kubokunun finalında "Qalatasaray"la matçda iştirak edə bilməyəcək. Həmçinin, Volkan Avro:2016-da Türkiyə millisinin heyətində yer ala bilməyəcək.