İtaliya millisinin baş məşqçisi Antonio Konte bəraət alıb. FutbolPlanet.Az xəbər verir ki, məhkəmə danışılmış oyunlarda ittiham olunan Kontenin günahsız olduğu barədə qərar verib.

46 yaşlı mütəxəssis 2011-ci ildə "Siena"nı çalışdırarkən "AlbinoLeffe" ilə görüşün nəticəsinin öncədən müəyyənləşdirilməsinə göz yummaqda ittiham olunurdu. Onu 6 ay həbs və 8 min avro pul cəzası gözləyirdi. Lakin məhkəmə dəlil olmadığı üçün onun haqda bəraət hökmü çıxarıb.