Topaz Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu təkrarlanıb. FutbolPlanet.Az xəbər verir ki, XXXV turun 5 oyununda qapılara 18 qol vurulub.

Yalnız AZAL-ın qol vura bilmədiyi turun “Neftçi” – “İnter” (4:2) görüşündə 6, “Zirə” – “Kəpəz” (2:2) qarşılaşmasında 4 top qeydə alınıb. “Xəzər Lənkəran” – “Sumqayıt” (1:2) və “Rəvan” – “Qarabağ” (2:1) matçlarında azarkeşlər 3 qol, “Qəbələ” – AZAL (2:0) oyununda isə 2 qol görüb. Bununla da turun orta məhsuldarlığı 3,60-a bərabər olub. Bu göstərici cari mövsümün rekordunun təkrarıdır. Belə ki, XXVI turun 5 oyununda da 18 qol qeydə alınmışdı.

Xatırladaq ki, 35 turun 175 oyununda ümumilikdə 378 qol vurulub və məhsuldarlıq 2,16-ya bərabərdir.