I Divizion: Püşkatma mərasimi keçiriləcək

Bu gün futbol üzrə Azərbaycan I Divizionunda 2017/2018-ci illər mövsümünün püşkatma mərasimi keçiriləcək. FutbolPlanet.Az xəbər verir ki, mərasim saat 13:00-da AFFA-nın inzibati binasında təşkil olunacaq. Cari mövsümdə 10 komanda - “Şüvəlan”, “Turan Tovuz”, “Ağsu”, “Qaradağ Lökbatan”, “Zaqatala”, “Mil-Muğan”, MOİK, “Binə”, “Xəzər” və “Sabah” mübarizə aparacaqlar.