"Şahdağ"ın şikayəti təmin olunmadı

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. FutbolPlanet.Az xəbər verir ki, iclasda "Bakılı" FK və "Şahdağ" FK tərəfindən I Divizionda iştirakla bağlı daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. "Bakılı" FK və "Şahdağ" FK tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın.

2. Qərarın tam forması 30 (otuz) gün ərzində hazırlanaraq, tərəflərə göndərilsin.