PSJ-nin forvardı Zlatan İbrahimoviç Fransa çempionatının 35-ci turundan təxirə salınmış "Bordo" ilə matçda (1:1) sıradan çıxıb. FutbolPlanet.Az xəbər verir ki, oyunda hesabı açan isveçli hücumçu 71-ci dəqiqədə meydanı tərk etməyə məcbur olub.

Fransız klubunun baş məşqçisi Loran Blan təcrübəli oyunçunun son durumu haqda bunları deyib: "İbrahimoviç ayağında ağrı hiss etdiyindən, onu əvəzlədik. Ancaq özü oynamaq istəyirdi. Buna baxmayaraq, onun "Avro-2016"da İsveç millisi üçün önəmini nəzərə alaraq meydandan çıxardıq".