2013-cü ildən "Karlsrue" klubunda çıxış edən və mövsümün sonunda II Bundesliqa təmsilçisi ilə sözləşməsi başa çatacaq millimizin yarımmüdafiəçisi Dimitri Nazarov karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli futbolçu növbəti mövsümdən Bundesliqada çıxış edən "İnqolştadt"da oynaya bilər.

Belə ki, "Karlsrue"nin baş məşqçisi Markuş Kauçjinzski "İnqolştadt"la 2 illik müqavilə bağlayıb. O, yığmamızın üzvünü də yeni komandasına gətirmək niyyətindədir.