"Çelsi"nin aparıcı üzvü Pedro Rodriqes öz evində ehtiyatsızlıq ucbatından burnunu sındırıb. FutbolPlanet.Az xəbər verir ki, məlumatı komandanın baş məşqçisi Qus Hiddink də təsdiqləyib.

Hollandiyalı təcrübəli mütəxəssis Pedronun evdə yıxılaraq, burnunun sındığını söyləyib. Buna baxmayaraq, 28 yaşlı futbolçu tezliklə məşqlərə qoşulacaq.