İngiltərə Premyer Liqasının bu ilki çempionu "Lester Siti" mövsümün əvvəlində 3 illik sözləşmə imzaladığı baş məşqçisi Klaudio Ranyeri ilə müqavilənin müddətini uzatmaq fikrindədir. FutbolPlanet.Az xəbər verir ki, ingilis klubu sözügedən çalışdırıcıya yeni saziş təklif etməyə hazırlaşır.

Bu haqda klubun vitse-prezidenti Ayyavatt Şrivaddanaprabxa açıqlama verib. O, cari mövsüm yekunlaşdıqdan sonra italyan məşqçi ilə danışıqlar masasına əyləşəcəklərini sözlərinə əlavə edib.