Futbol üzrə İranın aşağı liqasından yüksək liqaya vəsiqə qazanan daha bir klub müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, bu, Təbrizin "Maşın Sazi" klubudur.

Aşağı liqanın 37-ci turunda “Rəfsəncan”ı qəbul edən Təbriz təmsilçisi 3:0 hesabı ilə qalib gələrək xalını 63-ə yüksəldib. Bununla da ikinci pillədəki yerini möhkəmləndirən Cənubi Azərbaycan klubu son turun nəticələrindən asılı olmayaraq yüksək liqaya vəsiqəni təmin edib.