"Barselona"nın aparıcı siması Lionel Messi Çempionlar Liqasının final oyunundan danışıb. FutbolPlanet.Az xəbər verir ki, argentinalı ulduz futbolçu həlledici görüşdə "Atletiko"ya azarkeşlik edəcəyini deyib:

"Barselona"da heç kəs "Real"ın kubok qazanmasını istəmir. "Atletiko"nun Çempionlar Liqasındakı zəfəri bizi sevindirər. Bu komanda cari mövsüm yaxşı işlər görür. "Atletiko" güclü rəqibdir və onları məğlub etmək asan deyil. Baş məşqçi Dieqo Simeone və futbolçuları uğur qazanmağa layiqdirlər".