UEFA Avropa Liqasının final görüşünün hakimləri müəyyənləşib. FutbolPlanet.Az xəbər verir ki, mayın 18-də "Liverpul" və "Sevilya" arasında baş tutacaq həlledici qarşılaşmanı isveçli Yonas Eriksson idarə edəcək.

Ona Mathias Klasenius və Daniel Varnmark köməklik edəcək. Dördüncü hakim funksiyasının Sevein Moen yerinə yetirəcək.