UEFA-nın sabiq prezidenti Mişel Platininin apellyasiya şikayətinə baxılıb. FutbolPlanet.Az xəbər verir ki, İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etmək hüququndan yararlanan Mişel Platininin cəzası 4 ilə endirilib.

Maraq üçün bildirək ki, FİFA Etik Komitəsi Platinini korrupsiya ittihamı ilə 8 il müddətinə futbol sahəsində çalışmasına qadağa qoymuşdu.