"Barselona"nın müdafiəçisi Tomas Vermalen zədəsini sağaldıb. FutbolPlanet.Az xəbər verir ki, belçikalı oyunçu Kataloniya klubunda kollektiv hazırlıqlara qoşulub.

"Barsa"nın baş məşqçisi Luis Enrike şans verəcəyi təqdirdə Vermalen La Liqada "Qranada", İspaniya kubokunun finalında isə "Sevilya" ilə görüşlərdə meydançada mübarizə aparacaq.