Yaşıl meydanlarda daha bir ölüm hadisəsi olub. FutbolPlanet.Az xəbər verir ki, Braziliyanın "Friburquense” klubunun yarımmüdafiəçisi Bernardo Ribeyronun oyun zamanı ürəyi dayanıb. 26 yaşlı futbolçu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Onu da qeyd edək ki, 3 gün əvvəl Rumıniyanın "Dinamo” klubunun futbolçusu Patrik Ekeng "Vitrolul”la matçda ürək tutmasından vəfat etmişdi.