PSJ-nin aparıcı üzvü Zlatan İbrahimoviç bir vaxtlar şərəfini qoruduğu "Milan" klubundan danışıb. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli hücumçu italyan klubundan öz istəyi ilə getmədiyini bəyan edib:

"Milan"dan öz istəyimlə getmədim. Oradan getmək istəmirdim. Bu komandanı çox sevirəm və düşünürəm ki, "Milan" oynadığım ən yaxşı klubdur. Lakin hər şey arxada qalıb. İndi gələcəyə baxmalıyam. PSJ-dən ayrılacağıma gəlincə, bu, təkcə məndən asılı deyil".