I Divizionda yeni əyalət klubu

Növbəti mövsümdə I Divizionda iştirak etmək istəyən daha bir komanda Peşəkar Futtbol Liqasına müraciət edib. FutbolPlanet.Az xəbər verir ki, sözügedən klub "Göyçay" klubudur. Qurumun prezidenti Ramin Musayev açıqlamasında bildirib ki, artıq əyalət təmsilçisinin aşağı dəstədə iştirakı dəqiqləşib. Bunadək "Binə" klubu I Divizionda mübarizə aparmaq üçün PFL-ə müraciət etmişdi.