İran çempionatında 29-cu turun oyunları keçirilib. FutbolPlanet.Az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu bu tur səfərdə çempionluq uğrunda mübarizə aparan Tehranın "İstiqlal" klubu ilə görüşüb.

Maraqlı idman mübarizəsi şəraitində keçən dueldən Təbriz klubu qalib ayrılmağı bacarıb - 3:2

Bununla da komandamız sona 1 tur qalmış xallarının sayını 48-ə yüksəldərək, 4-cü pillədəki yerini qoruyub və "İstiqlal"la xal fərqini 3-ə endirib.