Futbol üzrə Azərbaycan çempionatının I Divizionunun medalçıların mükafatlandırılma mərasimi keçirilib. FutbolPlanet.Az xəbər verir ki, AFFA-nın inzibati binasında təşkil olunan tədbirdə “Səbail”ə gümüş, “Ağsu”ya bürünc medallar təqdim olunub. I Divizionun ən yaxşı bombaridiri Oruc Balaşlı (“Zaqatala”) mükafatına qovuşub. Əvəzedici heyətlərin yarışında ən çox qol vuran Şahin Əliyevə (“Qarabağ”) də mükafat verilib. Medalları və mükafatları Peşəkar Futbol Liqasının direktoru Məlik Həsənov təqdim edib.