Premyer Liqamızın XXIII turu çərçivəsində martın 18-də keçiriləcək “Neftçi” – “İnter” oyunu fərqli saatda start götürəcək. FutbolPlanet.Az xəbər verir ki, bu barədə məlumatı çempionatın yayımını təşkil edən “CBC Sport” telekanalının canlı efirində şərhçilər qrupunun rəhbəri Rüstəm Əfsərli verib. Onun sözlərinə görə, “Neftçi” rəhbərliyi sözügedən oyunun klubun yarandığı ilə uyğun olaraq (1937), saat 19:37-də başlaması xahişi ilə PFL-ə müraciət edib. Çempionatı təşkil edən qurum da “Neftçi”nin müraciətinə müsbət cavab verib.

Qeyd edək ki, “Neftçi” – “İnter” oyunu martın 18-də keçiriləcək.