Mayın 15-də saytımızın həvəskar komandalar arasında təşkil etdiyi mini-futbol çempionatında 1/4 final mərhələsi start götürəcək. FutbolPlanet.Az xəbər verir ki, A qrupunda ikinci yeri tutaraq, 1/4 finala vəsiqə qazanan "İnter-Bakı" komandası növbəti mərhələyə buraxılmaya bilər. Belə ki, sözügedən komanda Liqaya 115 AZN borclu olduğundan, növbəti mərhələdən məhrum oluna bilər. Əgər "İnter-Bakı" komandası mayın 12-dək borclarını ödəməsə, növbəti mərhələdə oynaya bilməyəcək. Əvəzində, A qrupunda 5-ci yerin sahibi olan "Bet-365" komandası avtomatik olaraq 1/4 finala vəsiqə qazanacaq.