"Kəpəz"in ev oyunlarını keçirdiyi Gəncə şəhər stadionuna süni ot örtüyü gətirilib. FutbolPlanet.Az xəbər verir ki, bir müddət əvvəl "Dalğa Arena"dan sökülən süni ot örtüyü Gəncə şəhər stadionuna gətirilib. Bu ot örtüyü stadionun ehtiyat meydançasına döşənəcək. Bununla yanaşı, stadiona işıq sistemi üçün lazımı qurğular da gətirilib. Həmin işıq sistemləri yaxın vaxtlarda quraşdırılacaq.