"Atletiko"nun "sükanı arxası"nda yer alan Dieqo Simeone ağır cəzaya məruz qalıb. FutbolPlanet.Az xəbər verir ki, "Malaqa" ilə La Liqa matçında qaydalara zidd hərəkət etməsi argentinalı mütəxəssisin cəzalanmasına səbəb olub. Belə ki, təcrübəli məşqçinin həmin oyunda rəqibin əks hücumu zamanı topdaşıyan uşaqdan ikinci topu meydançaya atmasını tələb etməsi ona baha başa gəlib. İspaniya Futbol Federasiyası buna görə Simeoneni 3 oyunluq diskvalivikasiya edib. Bu isə o anlama gəlir ki, sözügedən çalışdırıcı La Liqanın bitiminə 3 tur qalmış komandasının çempionatdakı oyunlarını tribunadan izləyəcək.