Çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə qolsuz bərabərliklə başa çatan ilk oyunu zədəsi ucbatından buraxan "Real"ın aparıcı üzvü Kriştiano Ronaldo bir neçə açıqlama verib. FutbolPlanet.Az xəbər verir ki, portuqaliyalı forvard zədəsi ilə bağlı bunları deyib: "Zədəm hələ sağalmayıb. Növbəti oyunu gözləməliyəm. Sözsüz ki, bu gün Çempionlar Liqasının finalı olsaydı, heç nəyə baxmadan meydançaya çıxacaqdım".