AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzində müxtəlif illərdə keçmiş SSRİ-nin gənclərdən ibarət yığma komandalarının heyətində dünya və Avropa çempionu olmuş Arif Əsədov, Vladislav Qədirov və Tərlan Əhmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası ilə görüşüblər. FutbolPlanet.Az xəbər verir ki, komandanın hazırlıq prosesi ilə tanış olan qonaqlar sonda öz təcrübələrini futbolçularla bölüşüb, müvafiq tövsiyələrini veriblər.