İyunda İspaniyaya yollanacağı gözlənilən "Xəzər Lənkəran”ın sabiq futbolçusu Elnur Cəfərov formada qalmaq üçün "Kəpəz”in düşərgəsində məşqlərə başlayıb. FutbolPlanet.Az xəbər verir ki, "Kəpəz"in baş məşqçisi Şahin Diniyev bildirib ki, milli komandamızın gənc futbolçusu yayadək Gəncə klubunda məşq edəcək.