"Fənərbaxça" ilə oyunu yarımçıq qalan "Trabzonspor" rəhbərliyi radikal qərarlar qəbul edib. FutbolPlanet.Az xəbər verir ki, klub rəhbərliyi 6 futbolçunu heyətdən qovub. Qərara əsasən, Erkan Zengin, Marko Marin, Fatih Atik, Sefa Yılmaz, Özer Hurmacı və Luis Pedro Kavanda komandadan göndərilib.

Sözügedən qarşılaşma qonaqların 4:0 hesablı üstünlüyü olduğu vaxtda azarkeşin meydana daxil olaraq 4-cü hakimi döyməsi səbəbindən yarımçıq dayandırılıb.