"Barselona" aparıcı üzvü Luis Suareslə müqaviləni uzatmağı düşünür. FutbolPlanet.Az xəbər verir ki, Kataloniya klubu tezliklə uruqvaylı hücumçuya yeni sözləşmə təklif edəcək. 2014-cü ildə "Liverpul"dan "Barsa"ya keçən və mövcud müqaviləsi 2019-cu ildə başa çatacaq futbolçu da karyerasını ispan nəhəngində davam etdirməyi planlaşdırır.