“Kəpəz”in zədəli futbolçusu Namiq Ələsgərovun vəziyyəti yaxşılaşıb. FutbolPlanet.Az xəbər verir ki, Topaz Premyer Liqanın 29-cu turunda “Qarabağ”a qarşı matçın sonlarında əzələsi dartılan yarımmüdafiəçi əvəzlənmək məcburiyyətində qalmışdı. "İnter" və "Sumqayıt"la oyunları buraxan futbolçu iki həftə müalicə olunub. Artıq Ələsgərovun zədəsi sağalıb və o, ötən həftəsonu həkim nəzarəti altında yüngül şəkildə fərdi məşqlərə başlayıb. Millinin üzvü bu gün komanda ilə birgə hazırlığa qatılacaq. Onun qarşıdakı turda “Rəvan” ilə matçda meydana çıxmaq şansı yüksəkdir.