PSJ-də çıxış edən Marko Veratti klubla müqaviləni uzadacaq. FutbolPlanet.Az xəbər verir ki, italyan oyunçu fransız klubu ilə 1 illik yeni saziş bağlayacaq. Mövcud sözləşməsi 2020-ci ilədək qüvvədə olan 23 yaşlı futbolçu bununla 2021-ci ilədək PSJ-nin şərəfini qoruyacaq.