Dünən AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. FutbolPlanet.Az xəbər verir ki, iclasda bir sıra qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XXXI turunun “Qarabağ” – “İnter” matçının 75-ci dəqiqəsində “İnter” klubunun 24 №-li futbolçusu Fuad Bayramov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Əvəzedici heyətlərin XXXI turunun “Rəvan” – AZAL matçında AZAL klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).