Aprelin 30-da, Premyer Liqamızın XXXII turu çərçivəsində "Rəvan"ı qəbul edəcək "Kəpəz" paytaxt klubu ilə oyuna ciddi itki ilə çıxacaq. FutbolPlanet.Az xəbər verir ki, Gəncə klubunun aparıcı üzvü Kərim Diniyev qarşıdakı görüşü kənardan izləyəcək. Belə ki, "Sumqayıt"la matçda sarı vərəqə alaraq cəzalı duruma düşən Kərim, "Rəvan"la qarşılaşmada forma geyinə bilməyəcək.