"Yuventus" İtaliya çempionatının cari mövsümünün qalibi olub. FutbolPlanet.Az xəbər verir ki, A Seriyasının 35-ci turunda baş tutan "Roma" - "Napoli" matçında qonaqların 0:1 hesabı ilə uduzmasından sonra Neapol təmsilçisi ilə "Yuve" arasında sona 3 tur qalmış 12 xallıq fərq yaranıb ki, bu da turinliləri erkən çempionluğa daşıyıb. Bununla da "Yuventus" ardıcıl 5-ci dəfə ölkə çempionu adını qazanıb.