Oktyabrın 23-də "FP Liqa"da 4-cü turun oyunları keçirilib. FutbolPlanet.Az xəbər verir ki, çempionatın İntizam Komitəsi (FP İK) son turla bağlı "Cəbrayıl" komandasına ciddi xəbərdarlıq edib.

Belə ki, komandaya nizam-intizam qaydalarına əməl etmək tapşırığı verilib. Əgər Cəbrayıl təmsilçisi bir daha Liqanın intizam qaydalarını pozarsa, çempionatdan qovulacaq.

Maraq üçün bildirək ki, "Cəbrayıl"ın oyunçusu Elsevər Quliyev 3-cü turda "4-cü mikrorayon"a qalib gəldikləri oyunun (6:3) fasiləsində görüşün baş hakimini vurduğuna görə, Liqadan uzaqlaşdırılmışdı.