UEFA türkiyəli referi Cüneyt Çakıra növbəti təyinatını verib. FutbolPlanet.Az xəbər verir ki, FİFA referisi Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində, aprelin 26-sı, saat 22:45-də start götürəcək "Mançester Siti" - "Real" oyununu idarə edəcək. Ona Cem Satman və Tarık Ongün yardımçı olacaq. Dördüncü hakim funksiyasını isə Serkan Ok yerinə yetirəcək.