Azərbaycan Kubokunda 1/16 final mərhələsinin oyunları keçirilib. FutbolPlanet.Az xəbər verir ki, I Divizionda hazırda lider olan "Turan Tovuz" "Bakılı"nı böyük hesabla (4-0) məğlub edərək, adını 1/8 final mərhələsinə yazdırıb. "Turan Tovuz" bu mərhələdə Topaz Premyer Liqasında çıxış edən "Zirə"ni qəbul edəcək. 1/16 final mərhələsinin digər görüşü Şəmkirdə reallaşıb. Şəhərin eyniadlı komandasını 2-1 hesabı ilə məğlub edən "Qaradağ Lökbatan" 1/8 final mərhələsində "İnter"in qonağı olacaq.