FutbolPlanet.Az saytının həvəskar komandalar arasında təşkil etdiyi mini futbol çempionatının ("FP Liqa"nın) İntizam Komitəsi ("FP İK") "İnter-Bakı"nın intizamsız hərəkətlərinə görə cəzaya məruz qalmış qapıçısı Rəşad Abdullayev haqda yeni qərar çıxarıb. FutbolPlanet.Az xəbər verir ki, "FP İK" sözügedən qolkiperin cəzasını yüngülləşdirib. Belə ki, Abdullayevə verilmiş 1 illik cəza sınaq müddətli cəzaya dəyişdirilib. Buna baxmayaraq, əlcək sahibi növbəti dəfə intizamsız hərəkətlərə yol verərsə, 1 illik sınaq müddətli cəza avtomatik olaraq qüvvəyə minəcək. Lakin "İnter-Bakı" çempionatın 1/4 finalına yüksəlsə də, Abdullayev cari mövsüm paytaxt klubunun heyətində bir daha meydançaya çıxa bilməz.