İran çempionatında 27-ci tur başa çatıb. FutbolPlanet.Az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu bu tur "Siah Jameqan"ın qonağı olub. Görüşdə ilk qolu təbrizlilər vursa da, üstünlüklərini sonadək saxlaya bilməyiblər. Belə ki, meydan sahibləri matçın 85 və 90+5-ci dəqiqələrində fərqlənməklə, geri dönüş ediblər - 2:1. Komandamız bu məğlubiyyətdən sonra turnir cədvəlinin 5-ci pilləsinə enib.