Futbolçu karyerası ərzində yalnız "Roma"da forma geyinən Françesko Totti mövsümün sonunda Premyer Liqaya yollana bilər. FutbolPlanet.Az xəbər verir ki, təcrübəli hücumçu hazırda Premyer Liqada birinci pillədə qərarlaşan "Lester Siti"nin maraq dairəsindədir. İngilis klubunun baş məşqçisi Klaudio Ranyeri 39 yaşlı futbolçunu sərəncamında görmək istəyir. Klub rəhbərliyi çalışdırıcının istəyini reallaşdırmaq üçün italyan forvarda 1 illik müqavilə təklif edib. Mövsümün sonunda "Roma" ilə sözləşməsi başa çatacaq Tottinin yekun qərarı maraqla gözlənilir.