"Real" ulduz futbolçusu Kriştiano Ronaldo ilə müqaviləni uzatmaq üçün danışıqlara başlayıb. FutbolPlanet.Az xəbər verir ki, paytaxt təmsilçisi mövcud sözləşməsi 2018-ci ilədək olan portuqaliyalı hücumçu ilə sazişi 2020-ci ilə qədər uzatmağı düşünür. PSJ və "Mançester Yunayted"in də hədəfində olan Ronaldonun "kral klubu" ilə yeni müqavilə bağlayıb-bağlamayacağı hələ bəlli deyil.