Millimiz Ukrayna ilə görüşə bilər- - FutbolPlanet.az

Millimiz Ukrayna ilə yoldaşlıq oyunu keçirə bilər. FutbolPlanet.Az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının vitse-prezidenti Vladimir Laşkul məlumat verib. O bildirib ki, AÇ-2016 öncəsi 3 yoxlama oyunu keçirməyi planlaşdırılır. Ukrayna mayın 29-da Rumıniya, iyunun 3-də Albaniya və iyunun 6-da Moldova ilə qarşılaşacağı nəzərdə tutulub. Laşkul Moldova Futbol Federasiyası ilə danışıqların hələ davam etdiyini bildirib. Onun sözlərinə görə, əgər danışıqlar müsbət nəticələnməsə, bu halda Azərbaycan millisi ilə müzakirələrə başlanacaq.