Portuqaliya millisinin və "Real"ın aparıcı üzvü Kriştiano Ronaldonun PSJ-yə keçəcəyi ilə bağlı yayılan iddia səngimək bilmir. FutbolPlanet.Az xəbər verir ki, artıq tərəflər arasında növbəti görüş də reallaşıb. Belə ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşması çərçivəsində "Volfsburq”la (3-0) oyundan bir gün sonra klub rəhbərliyindən icazə alan portuqaliyalı hücumçu özəl təyyarə ilə Parisə səfər edib. Səfər çərçivəsində PSJ-nin prezidenti Nasser Əl-Xəlafi ilə Parisdə yerləşən otellərin birində görüş baş tutub. Görüşdə Ronaldonun PSJ-yə transferi müzakirə olunub.