"İnter" Premyer Liqanın 31-ci turunda aprelin 22-də "Qarabağ"ın qonağı olacaq. FutbolPlanet.Az xəbər verir ki, "Qəbələ" ilə oyunda sıradan çıxan komandanın əsas qapıçısı Kamran Ağayev artıq məşqlərə başlayıb. Lakin onun qarşıdakı oyunda iştirakı gözlənilmir. Eyni zamanda zədəli olan Nizami Hacıyev, Sezar Meza Kolli və İlkin Qırtımovun da "Qarabağ"a qarşı oynamayacağı dəqiqdir.