Azərbaycan klubundan tarixi uğur!- - FutbolPlanet.az

Futbol üzrə Asiya Çempionlar Liqasında qrup mərhələsinin 5-ci turunun oyunları keçirilib. FutbolPlanet.Az xəbər verir ki, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu dünən növbəti matçına çıxıb. Təbriz klubu səfərdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə qarşılaşmada 2:0 hesablı qələbə qazanaraq xallarının sayını 12-ə yüksəldib və sona 1 tur qalmış qrup lideri kimi növbəti mərhələni təmin edib. Bununla da komandamız tarixində ilk dəfə olaraq Çempionlar Liqasının növbəti mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atıb.