"Xəzər Lənkəran" "Qəbələ" üçün başladı- - FutbolPlanet.az

Premyer Liqanın XXXI turunda, aprelin 23-ü saat 16:30-da "Qəbələ"ni qəbul edəcək "Xəzər Lənkəran" bu gün hazırlığa start verib. FutbolPlanet.Az xəbər verir ki, Cənub təmsilçisi 2 günlük istirahətdən sonra Lənkərandakı bazasında gündə bir dəfə olmaqla məşqlərini davam etdirir. Son səfər matçında zədələnən futbolçular Vüqar Bəybalayev və Nodar Məmmədov həkim nəzarəti altında fərdi məqşlərə başlayıblar. Hər 2 oyunçunun matçda iştirakı oyun günü bəlli olacaq.