Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. FutbolPlanet.Az xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul olunub.

Topaz Premyer Liqasının XXX turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

Oyunun 61-ci dəqiqəsində “Rəvan” klubunun 3 №-li futbolçusu Saşa Yunisoğlu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 88-ci dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Roman Qriqorçuk texniki zona qaydaların pozduğuna görə 1 oyun cəzalanır, klub 1000 manat cərimə olunur (maddə 62).

Topaz Premyer Liqasının XXX turunun “Neftçi” – “Qarabağ” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).

“Neftçi” – “Qarabağ” matçının 23-cü dəqiqəsində “Neftçi” klubunun futbolçusu Ruslan Qurbanov sarı vərəqə ilə cəzalandırılıb.

“Neftçi” klubu bu epizodla bağlı İntizam Komitəsinə müraciət ünvanlayaraq öz etirazlarını bildirib.

İntizam Komitəsi oyunun videoyazısını izlədikdən sonra aşağıdakı qərarı qəbul edir:

Oyunun 23-cü dəqiqəsində “Neftçi” klubunun 11 №-li futbolçusu Ruslan Qurbanova simuliyasiyaya görə göstərilmiş sarı vərəqə hakim tərəfindən epizodun düzgün qiymətləndirilməməsi səbəbindən ləğv olunur (maddə 19) .

Topaz Premyer Liqasının XXX turunun AZAL – “Sumqayıt” matçında AZAL və “Sumqayıt” klubunun 4 futbolçuları sarı vərəqə ilə cəzalandığları üçün hər iki klub 1000 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXX turunun “Qəbələ” – “Rəvan” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Əvəzedici heyətlərin XXX turunun “Kəpəz” – “İnter” matçında “Kəpəz” klubunun 11 №-li futbolçusu Zahid Sadıxovhakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 2000 manat cərimə olunur (maddə 42.3).

Əvəzedici heyətlərin XXX turunun AZAL – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

I Divizionun XXII turunun “Şərurspor” – MOİK matçının 65-ci dəqiqəsində “Şərurspor” klubunun 15 №-li futbolçusu Əbülfəz Hacıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

I Divizionun XXII turunun “Energetik” – “Şahdağ” matçında “Energetik” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

I Divizionun XXII turunun “Göyəzən” – “Ağsu” matçında “Göyəzən” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

I Divizionun XXII turunun “Qaradağ Lökbatan” – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunur (maddə 40).

Oyunun 90+1-ci dəqiqəsində “Qaradağ Lökbatan” klubunun 16 №-li futbolçusu İmran Təhmirazlı ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 48).

FIFA 11.04.2016-cı il tarixində AFFA-ya məktub ünvanlayaraq FIFA-nın Nizam-İntizam Komitəsinin “Bakı” klubu haqqında qərar qəbul etdiyini bildirib. Belə ki, “Bakı” klubu ilə həmin klubda çıxış etmiş futbolçu Marius Pena arasında bağlanmış müqavilə şərtlərinə riayət olunmaması səbəbindən klubun cari mövsüm aktivliyindən 6 xal silinməsini tələb edib.

Yuxarıda göstərilənləri nəzərə alaraq AFFA-nın İntizam Komitəsi tərəfindən aşağıdakı qərar qəbul edir:

1. Azərbaycan birinci divizionunda çıxış edən "Bakı" FK-nın cari mövsüm aktivliyindən 6 xal silinsin.